...

"Yaşıl" keçidin maliyyə riskərinə hazır olmaq lazımdır - AMB-nin baş direktoru

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 16:10 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" iqtisadiyyata keçidin gətirdiyi maliyyə riskərinə hazır olmaq lazımdır.

Trend xəbər verir ki, bu barədə bu gün Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

""Yaşıl" iqtisadiyyata keçidin özü ilə gətirdiyi maliyyə risklərinə hazır olmalıyıq. İqlim dəyişmələrinin daşqın və quraqlıqlar kimi nəticələri maliyyə sektoru üçün risk törədir. Bu cür hadisələr az ağlabatandır, lakin yenə də baş verəcəyi təqdirdə, maliyyə sisteminə və iqtisadiyyata təsirləri çox mühüm olacaq", - deyə o bildirib.

O qeyd edib ki, karbon qazı emissiyalarının artdığı əsas sektorlar enerji sektoru, şəhərsalma, istehlak sektoru, tikinti və nəqliyyatdır. İqtisadiyyatın strukturunda bu sektorların payı artmaqdadır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti