Bakı. Trend:
Hostellərə nəzarət gücləndirilməlidir.
Trend-in məlumatına görə, bunu deputat Tahir Kərimli Milli Məclisinin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bəzən hostellərə nəzarət olmadığını görürük ki, bu da insan alveri qurbanlarının sayının artmasına səbəb olur.
“Nə lazımdırsa, edək ki, internet sistemi ilə insan alveri qurbanına çevrilmə halları azalsın. Lazımdırsa, qanunvericilikdə dəyişiklik edək, eyni zamanda, nəzarət mexanizminin tətbiq edilməsi vacibdir”, - deyə o əlavə edib.