Bakı. Trend:
Ötən il 154 şəxs Azərbaycan ərazisindən inzibati qaydada çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Hesabatda qeyd edilir ki, insan alveri, məcburi əmək qurbanlarının aşkarlanması üzrə keçirilmiş tədbirlər zamanı 8 miqrasiya kanalı müəyyən olunaraq, 154 şəxs saxlanılıb və barələrində inzibati qaydada ölkə ərazisindən çıxarılma tətbiq edilib.