...

Azad edilən ərazilər yüksək enerji potensialı olan ərazi kimi dəyərləndirilir - ŞƏRH

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 11:54 (UTC +04:00)
Azad edilən ərazilər yüksək enerji potensialı olan ərazi kimi dəyərləndirilir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilən ərazilər yüksək enerji potensialı olan ərazi kimi dəyərləndirilir.

Bunu Trend-ə açıqlamasında ekoloq Xamis Musalı deyib.

O bildirib ki, bu bölgədə "yaşıl" enerji mənbələrinin potensialını bir neçə yerə bölmək olar.

"Birincisi, bu ərazilər günəş enerjisi istifadəsi üçün ideal şəraitə malikdir. Çoxlu günəşli günlər və geniş açıqlıq sahələri bu bölgənin günəş enerjisi potensialını artırır. Bu, günəş panelləri vasitəsilə elektrik enerjisi istehsal etmək üçün bölgədə böyük bir imkan yaradır. Günəşli günlərin çox olması daha böyük enerji məhsuldarlığına yol açır".

Ekoloq qeyd edib ki, bununla yanaşı, yüksək dağ silsilələri və açıqlıq sahələr, külək enerjisi potensialının yüksək olduğu bir mühit yaradır.

"Bölgədə küləyin sürəti külək enerjisi layihələrinin effektiv işləyəcəyini şərtləndirən əsas səbəblərdən biridir. Küləyin yüksək sürəti, daha böyük enerji məhsuldarlığına yol açır. Yüksək dağ sıraları və açıqlıq sahələri küləyin düzgün cərəyan etməsinə imkan verir. Külək enerjisi layihələrinin həyata keçirilməsi üçün lazımi investisiya və infrastrukturun mövcudluğu da əsas şərtlərdəndir. Artıq bu istiqamətdə işlər görülür.

Böyük çaylar və su anbarları hidroelektrik enerji istifadəsi üçün də bir potensial təşkil edir. Bu çaylar və su anbarları hidroelektrik stansiyaların quraşdırılması üçün əlverişli şərait yaradır.

Bu, "yaşıl" enerji mənbələri, bölgənin enerji təhlükəsizliyini təmin etmək və ekoloji dəyişikliyi azaltmaq üçün çox önəmlidir. Mənbələr optimal şəkildə işləndiyində, Qarabağın enerji istehsalında ciddi bir artım təmin edə bilər və bölgənin ekoloji təhlükəsizliyini qoruyar", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti