...

Sankt-Peterburqda hərbi akademiyada partlayış baş verib

Dünya xəbərləri Materials 17 May 2024 23:09 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnıy adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

"Hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Hadisəyə səbəb İkinci Dünya Müharibəsi dövründən qalmış 76 mm-lik döyüş sursatının partlaması olub", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti