...

IFC Azərbaycanla "yaşıl" texnologiyaları nəzərə almaqla "ağıllı" kəndlərin yaradılması strategiyası üzrə birgə işləyir

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 16:05 (UTC +04:00)
IFC Azərbaycanla "yaşıl" texnologiyaları nəzərə almaqla "ağıllı" kəndlərin yaradılması strategiyası üzrə birgə işləyir
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "yaşıl" texnologiyaları nəzərə almaqla "ağıllı" kəndlərin yaradılması strategiyası üzrə Azərbaycan hökuməti ilə birgə işləyir.

Trend xəbər verir ki, bu barədə bu gün IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

O xatırladıb ki, Dünya Bankı - IFC strukturunun dəstəyi ilə Azərbaycan üçün dənizdə külək enerjisi üzrə Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsinə əsasən, Azərbaycan 2040-cı ilədək ümumi gücü 7,2 qiqavattadək (minimum ssenari 1,5 qiqavattdır) dənizdə külək elektrik stansiyalarının (KES) quraşdırılması potensialına malikdir.

Onun sözlərinə görə, külək elektrik stansiyaları və günəş elektrik stansiyaları Azərbaycanın üçün dekarbonizasiyaya yol açacaq.

A.Əzimova IFC-nin diqqət yetirdiyi mühüm aspektin "yaşıl" binalar olduğunu və iyunun 6-da Bakıda bu mövzda seminar keçiriləcəyini vurğulayıb.

O həmçinin IFC-nin bütün dünyada binalar üçün "yaşıl" sertifikat layihələri üzərində işlədiyini və bunun Azərbaycan üçün də aktual olduğunu qeyd edib.

"Bütünlükdə Azərbaycanın müxtəlif şirkət və strukturları ilə yeni iqlim şəraitinə və vəzifələrə adaptasiya üzrə aktiv şəkildə işləyirik", - deyə Əzimova bildirib.

Onun sözlərinə görə, adaptasiya təkcə istixana qazlarının emissiyası ilə deyil, həm də su hövzələrinin dayazlaşması ilə əlaqəlidir (problem xüsusən kənd təsərrüfatı və sosial məsələlər üçün aktualdır).

"Biz Azərbaycan hökuməti ilə birlikdə yaşıl texnologiyalar nəzərə alınmaqla ağıllı kəndlərin yaradılması strategiyası üzərində işləyirik", - Əzimova əlavə edib.

"Azərbaycan hökuməti ilə birlikdə "yaşıl" texnologiyaları nəzərə almaqla "ağıllı" kəndlərin yaradılması strategiyası üzərində işləyirik", - IFC nümayəndəsi deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti