...

AZPROMO və Rusiyanın Azərbaycandakı Ticari Nümayəndəliyi Kazanda "dəyirmi masa" keçirəcək

İqtisadiyyat Materials 17 May 2024 11:00 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Rusiyanın Federasiyasının Azərbaycandakı Ticari Nümayəndəliyi bu gün Rusiya hökumətinin nümayəndələri, AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərləri, Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliklərinin rəhbərləri və hər iki ölkənin iş adamlarının iştirakı ilə Kazanda "dəyirmi masa" keçirəcək

Bu barədə Trend-ə özəl olaraq AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, "dəyirmi masa"nın iştirakçıları ortamüddətli perspektivdə qarşılıqlı fəaliyyət perspektivlərini, həmçinin məhsulların tədarükü və investisiya axınındakı maneələrin aradan qaldırılması, logistikanın, sənayenin, turizmin inkişafı, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın intensivləşdirilməsi üçün dövlət və biznesin atmalı olduğu addımları müzakirə edəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti