...

Məcburi əmək faktı əsasında 2 cinayət işi başlanılıb

Cəmiyyət Materials 17 May 2024 10:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı əsasında 2 cinayət işi başlanılıb və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismara məruz qalması müəyyən olunub.

Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatımda deyilir.

Qeyd olunub ki, görülən tədbirlər, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərdən 118.398 nəfərin, əmək haqlarının birgə maliyyələşməsi proqramı çərçivəsində 1.198 nəfərin və kvota üzrə 2.751 nəfərin işlə təmin edilməsi, 5.628 şəxsin haqqı ödənilən ictimai işlərə, 17.362 nəfərin özünüməşğulluq proqramına cəlb olunması, 8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilməsi, 9.518 nəfərin peşə hazırlığı kurslarına yönləndirilməsi, 281.539 nəfərə peşə yönümlü məsləhət xidmətinin göstərilməsi vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaldıb.

Xəbər lenti

Xəbər lenti