...

Almaniya Bakı ilə İrəvan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazırdır

Siyasət Materials 17 May 2024 21:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.

“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi imkanı var. Xarici işlər naziri Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, - bəyanatında bildirilib.

Almaniya XİN-dən vurğulanıb ki, dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir.

Xəbər lenti

Xəbər lenti