Bakı. Trend:
Ötən il Azərbaycanda iş icazəsi verilən əcnəbilərin sayı açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün 5.441 əcnəbiyə iş icazəsinin verilməsi, 4.773 əcnəbinin müvafiq icazə müddətinin uzadılması məqsədəuyğun hesab edilib.