...

BEM istehsalı Azərbaycanda biznesin prioritet sahələrindən biridir - Samirə Musayeva

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 18:23 (UTC +04:00)
BEM istehsalı Azərbaycanda biznesin prioritet sahələrindən biridir - Samirə Musayeva
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda güzəştli vergi rejiminin və investisiyalarının təşviq mexanizminin tətbiq olunduğu sahələr "yaşıl" təşəbbüslərlə əlaqəlidir.

Trend xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"Hazırda Azərbaycanda prioritet biznesi araşdırsaq, bunun iqlim məqsədlərinin əldə olunmasını hədəfləyən bərpa olunan enerjinin istehsalı, texnologiyaların tətbiqi, tullantıların təkrar istifadəsi, dəniz suyunun şirinləşdirilməsi, enerji sektorunda dövlət-özəl tərəfdaşlığı olduğunu görərik", - deyə o qeyd edib.

Özəl kiçik sahibkarlıq subyektlərinə gəlincə isə, mövcud qanunvericiliyə əsasən bir sıra vergi güzəştlərini nəzərdə tutan strateji investisiya layihələri üçün sertifikatlar mövcuddur", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti