Bakı. Trend:
Tavuş vilayətinin Kirants kəndinin sakinlərinin dünəndən bağladığı Ermənistan-Gürcüstan yolu açılıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, bir qrup sakin Tavuş vilayətinin qubernatoru Aykom Qalumyanla görüşdükdən sonra yol açılıb.
Bundan başqa, kəndə aparan yol da açılıb və dünən polisin yolda yerləşdirdiyi nəzarət-buraxılış məntəqəsi ləğv edilib.
Qeyd edək ki, Tavuş sakinləri Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasına etiraz edirlər.