...

159 insan alveri faktı aşkarlanıb

Cəmiyyət Materials 17 May 2024 10:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnsan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi işi də davam etdirilərək xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 159 (+2) insan alveri və 3 (sabit) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

Həmin faktlar üzrə 16 (+2) cinayət işi başlanılaraq 18 şəxs (+2, 15-i qadın, 3-ü kişi) təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 11 (-2) cinayət işinin (3-ü ötən illərin) istintaqı tamamlanıb 14 nəfər (-1, 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilib, insan alverçilərinin 10-u (-2) haqqında ittihamedici hökmlər çıxarılıb.

Hesabat ilində 17-i (sabit) insan alveri, 3-ü (+2) fahişəliyə cəlb etmə, 1-i (-2) əxlaqsızlıq yuvaları saxlama cinayətlərinə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 9 (sabit) nəfəri, o cümlədən, 5 (+2) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək onların ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti