Bakı. Trend:
Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkə məhkəməsinin mətbuat katibi məlumat yayıb.
Bildirilir ki, prokurorluq sui-qəsd cəhdində şübhəli bilinən şəxsin həbs edilməsi barədə vəsatət qaldırıb.
Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub.
O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.