Bakı. Trend:
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi siyahısı açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, may ayındakı ilk cədvəldə planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisinin mövqeyi dəyişib.
O, 1672 xalla dünyada 136-cıdlr. Ötən ayla müqayisədə 1 xallıq artıma nail olan 52 yaşlı mütəxəssis 2 pillə geriləyib.
"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 194-cüdür. O, ötən siyahı ilə müqayisədə 1 addım irəliləyib.
Qeyd edək ki, cədvələ 2238 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.