...

Azərbaycan Ermənistanla vasitəçi olmadan daha effektiv təmaslar qurub - Sahil Kərimli (VİDEO)

Siyasət Materials 17 May 2024 15:30 (UTC +04:00)
Azərbaycan Ermənistanla vasitəçi olmadan daha effektiv təmaslar qurub - Sahil Kərimli (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında baş tutan birbaşa təmaslar nəticəsində müəyyən irəliləyişə nail olmaq mümkün olub.

Trend xəbər verir ki, bunu Arb24-ə açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

S.Kərimli bildirib ki, Azərbaycan Ermənistanla vasitəçi olmadan daha effektiv təmaslar qurub.

"Azərbaycan əvvəldən görüşlərin vasitəçisiz aparılmasının tərəfdarı olub. Zaman göstərdi ki, Azərbaycanın müəyyənləşdirdiyi bu siyasət sülh prosesinə müsbət dinamika qazandırdı. Azərbaycan-Ermənistan sərhəddində aparılan prosesləri də müsbət dinamikanın əlamətlərindən hesab etmək olar.

Ermənistan hakimiyyətinin qeyri-müstəqil siyasəti danışıqların müsbət gedişatına imkan vermirdi. Ermənistan sülh danışıqlarında destruktiv mövqe tuturdu, lakin Azərbaycan Ermənistanı sülhə gətirməyə nail oldu", - siyasi şərhçi əlavə edib.

Verlişin geniş versiyasını təqdim edirik:

Xəbər lenti

Xəbər lenti