...

AFFA braziliyalı futbolçunu 5 oyunluq diskvalifikasiya edib

İdman Materials 17 May 2024 14:39 (UTC +04:00)

Bakı. Trend:

AFFA “İmişli”nin futbolçusu Gilyerme Silvanı cəzalandırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna legionerin I Liqanın XXVI turunun “Araz Saatlı” ilə matçındakı hərəkəti səbəb olub.

23 yaşlı braziliyalı görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd edib. O, bu hərəkəti üçün 4 oyunluq diskvalifikasiya edilib.

Ona ötən ay təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığı üçün həmin 1 oyunluq şərti cəza da diskvalifikasiyaya əlavə edilib. Gilyerme ümumilikdə 5 oyun cəzalanıb, “İmişli” 300 manat cərimələnib.

Xəbər lenti

Xəbər lenti