...

BEM iqlim dəyişmələri ilə mübarizədə ən mühüm vasitələrdir - Tahir Mirkişili

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 16:25 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bərpa olunan enerji mənbələri (BEM) iqlim dəyişmələri ilə mübarizədə ən mühüm vasitələrdir.

Trend xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"Fikrimcə, bərpa olunan enerji mənbələri iqlim dəyişmələri ilə mübarizədə ən mühüm vasitədir. Enerji saxlama sistemləri kimi texnologiyalar bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək. Bu sistemlər müxtəlif texnologiyaları tətbiq etməklə inteqrasiya oluna bilər ki, bu da enerji infrastrukturunun səmərəliliyini və dayanıqlığını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək", - o deyib.

O, həmçinin tullantıların utilizasiyasının iqlim problemləri ilə mübarizədə mühüm məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, tullantı poliqonları karbon qazı emissiyalarının mənbəyi olduğundan, emissiyaların azaldılmasına kömək edəcək müvafiq texnologiyaların tətbiqi kritik əhəmiyyət kəsb edir.

"Dayavmlı torpaq idarəetməsi və kənd təsərrüfatı da böyuk önəm daşıyır. Elmi araşdırmalar göstərir ki,fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi istixana qazlarının emissiyasını əhəmiyyətli dərəcədə azalda bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti