Bakı. Trend:
“Liverpul”da Yurgen Kloppu əvəz edəcək baş məşqçinin adı müəyyənləşib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandaya Arne Slot rəhbərlik edəcək.
Hollandiyalı mütəxəssis özü bu barədə məlumat verib. O, növbəti mövsümdə ingilis klubuna başçılıq edəcəyini bildirb: “Təsdiq edə bilərəm ki, növbəti mövsümdə “Liverpul”a rəhbərlik edəcəyəm”.
Slot müqavilə müddəti barədə danışmayıb. Onun “Liverpul”la 2027-ci ilin yayına kimi müqavilə bağladığı bildirilib.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2021-ci ildən “Feyenoord”a rəhbərlik edib. O, 2022/2023 mövsümündə komandaya Niderland çempionluğunu qazandırıb.