...

İrəvan Moskvaya Rusiya hərbçilərini Azərbaycanla sərhəddəki 17 postdan çıxarmağı təklif edib - Armen Qriqoryan

Siyasət Materials 17 May 2024 15:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Moskvaya Rusiya sülhməramlılarını Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd postundan, eləcə də Sisian və Qorisdə Rusiya sülhməramlılarının 2 dayaq məntəqəsindən çıxarmağı təklif edib.

Trend xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin ictimai televiziyasına müsahibəsində deyib.

"Rusiya tərəfi bunu qəbul etdi və soruşdu ki, İrəvan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini tərk etməsini təklif edirmi? Biz cavab verdik ki, bununla bağlı razılaşma mövcuddur və sərhədçilərin bu ərazilərdən çıxarılması məsələsi hazırda müzakirə olunmur", - o deyib.

Qeyd edək ki, bu yaxında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sərhədçilərinin Ermənistan tərəfinin xahişi ilə ölkənin Türkiyə və İranla sərhədlərdə qalacağını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti