...

Almaniyada kibercinayətlər nəticəsində 800-dən çox şirkətə zərər dəyib

Dünya xəbərləri Materials 18 May 2024 07:13 (UTC +04:00)

Bakı. Trend:

Kibercinayətkarlar 2023-cü ildə Almaniya biznesinə və fiziki şəxslərə 205,9 milyard avro zərər vurublar.

Trend xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezerin hesabatında deyilir.

“Bitkom” federal informasiya texnologiyaları assosiasiyası tərəfindən 2023-cü ildə qeydə alınan zərər 205,9 milyard avro təşkil edib”, - deyə hesabatda bildirilir.

Sənədə əsasən, kibercinayətlər nəticəsində 800-dən çox şirkətə və müxtəlif qurumlara zərər dəyib. Həmçinin xaricdən törədilən cinayətlərin sayı 30 faiz artıb. Hesabatda yer alan məlumata görə, bu statistika “aysberqin görünən hissəsidir”, belə ki, 10 hadisədən yalnız 1-də polisə məlumat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti