...

5 güləşçimiz Avropa çempionatının finalında

İdman Materials 18 May 2024 00:20 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında növbəti gün arxada qalıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 5 sərbəst güləşçimiz finalda mübarizə aparacaq.

Həlledici görüşlər bu gün keçiriləcək. 41 kq çəkidə millimizin 2 üzvü qızıl uğrunda yarışacaq.

Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Sərbəst güləş, finallar
38 kq

K.Kərimov- İ.Temersultanov (AİN)

41 kq
A.Hüseynli - Q.Məcnunov

48 kq
A.Əsgərli - S.Labazanov (AİN)

85 kq
M.Orucov - İ.Patru (Rumıniya)

Xəbər lenti

Xəbər lenti