...

Messinin ilk imza atdığı salfet hərracda 965 min dollar satılıb

İdman Materials 17 May 2024 21:00 (UTC +04:00)

Bakı. Trend:

Argentinalı ulduz Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə ilk müqaviləsini imzaladığı salfet hərracda 965 min dollar satılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Bonhams Hərrac Evi məlumat yayıb.

Messi "Barselona" ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında imzalayıb. 36 yaşı futbolçu 2003-2021-ci illərdə isə katalonların əsas komandasında çıxış edib.

O, “Barsa”nın heyətində 10 dəfə İspaniya çempionu olub, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 4 dəfə Çempionlar Liqasını, hər biri 3 dəfə olmaqla UEFA Superkubokunu və Klublararası dünya çempionatını qazanıb.

Xəbər lenti

Xəbər lenti