...

Axtarışda olan şəxs Beynəlxalq Hava Limanında saxlanıldı

Cəmiyyət Materials 17 May 2024 11:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər.

Saxlanılan şəxs araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti