...

Kapital Bank Xankəndidə filial açacaq

İqtisadiyyat Materials 17 May 2024 10:28 (UTC +04:00)
Kapital Bank Xankəndidə filial açacaq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kapital Bank yaxın zamanda Xankəndidə filial açacaq.

Trend xəbər verir ki, bunu mətbuat konfransı zamanı Kapital Bankın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.

"İnkişaf etmiş ölkələrdə belə ənənəvi bankçılıq dövrünün tamamilə yox olma təcrübəsi yoxdur. Əgər belə bir ehtimal olsa, biz 119 filial, 53 şöbə ilə ölkənin ən böyük filial şəbəkəsinə sahib bankı olmazdıq. Bildiyiniz kimi, davamlı olaraq yeni filiallarımız da açılır. Qarabağda ilk filialımız Zəngilanda, Ağalı kəndində açıldı. Hətta bir neçə gün öncə biz Laçın filialımızın açılışını etdik.

Qarabağda filiallarımızın sayı ikiyə çatdı və bu qürurverici bir haldır. Yeri gəlmişkən, qeyd edim ki, ən qısa zamanda Xankəndi filialımızın açılışına hazırlaşırıq. Yəni yaxın gələcəkdə bizi ənənəvi bankçılığın sona çatması kimi bir ehtimal gözləmir," - deyə o bildirib.

Onun sözlərinə görə, rəqəmsallaşma bankçılıqda çox müsbət tendensiyalar yaradıb.

"İnnovativ həllər müştərilərə vaxtlarını dəyərləndirərək, sürətli və effektiv xidmət ala bilmək imkanı qazandırır. Bu, eyni zamanda, bütün ölkəni əhatə etməklə, yaşadığı yerdən asılı olmayaraq insanların maliyyə əlçatanlığını təmin edir", - deyə Fərid Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti