...

Muxtar Babayev kommersiya banklarını portfellərində “yaşıl” kreditləri nəzərdə tutmağa çağırıb

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 13:34 (UTC +04:00)
Muxtar Babayev kommersiya banklarını portfellərində “yaşıl” kreditləri nəzərdə tutmağa çağırıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkənin kommersiya banklarını portfellərində "yaşıl" kreditləri nəzərdə tutmağa və iqlim siyasətinə riayət etməyə çağırıb.

Trend xəbər verir ki, Muxtar Babayev bununla bağlı "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda danışıb.

"Banklar düşünülmüş iqlim siyasəti həyata keçirməli və iqlim komponentlərini və məsuliyyət tədbirlərini öz portfellərinə daxil etməlidir. Bu, uzunmüddətli perspektivi hədəfləyir", - nazir deyib.

Onun sözlərinə görə, "yaşıl" layihələrin maliyyələşdirilməsi üçün xüsusi növ kreditlər və mexanizmlər lazımdır və banklar bu istiqamətdə fəliyyət göstərməlidir.

"Banklar "yaşıl" kreditləri ətraf mühitin mühafizəsinə yönələn layihələrə təklif etməlidir. Onlar beynəlxalq praktikanı tətbiq etməlidir. Banklar hökumət və Mərkəzi Bankın simasında buna şərait yaratmağa hazırdır", - deyə M.Babayev bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti