Bakı. Trend:
Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” qərarında dəyişiklik edib.
Trend xəbər verir ki, qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.
Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir.
İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir.
Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir.
Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən ediləcək.
Tam orta təhsilin təşkil olunduğu peşə liseyləri və peşə təhsil mərkəzlərində müvafiq avadanlıqla təchiz edilmiş fizika, yaxud kimya kabineti olduqda laborant ştatı aşağıdakı qaydada müəyyən edilir:
a) tam orta təhsilverən qrupların sayı 10-19 olduqda - cəmi 1 (bir) ştat vahidi;
b) tam orta təhsilverən qrupların sayı 20-25 olduqda - cəmi 1,5 ştat vahidi;
c) tam orta təhsilverən qrupların sayı 26 və daha çox olduqda - cəmi 2 (iki) ştat vahidi.
Yataqxana fəaliyyət göstərdiyi halda peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi komendant vəzifəsi müəyyən edilir.
Giriş və çıxış yolları qadın və kişi tələbələr üçün ayrı-ayrılıqda nəzərdə tutulan yataqxanada və ya qadın və kişi tələbələr üçün ayrıayrılıqda nəzərdə tutulan yataqxana korpuslarında həmin yataqxana sahələrinin və ya korpuslarının hər biri üçün 2 (iki) ştat vahidi yataqxana növbətçisi vəzifəsi müəyyən edilir.
İşlək maşın və avadanlıqlar olduqda 1 (bir) ştat vahidi mexanik vəzifəsi müəyyən edilir.
İşlək vəziyyətdə olan 1 (bir) nəqliyyat vasitəsi olduqda (təlim nəqliyyat vasitələri istisna olmaqla) 1 (bir) ştat vahidi, birdən çox nəqliyyat vasitəsi olduqda isə 2 (iki) ştat vahidi sürücü vəzifəsi müəyyən edilir.
Tələbələrin daşınması üçün avtobus olduqda 1 (bir) ştat vahidi avtobus sürücüsü vəzifəsi müəyyən edilir.
Süpürülən hər 400 m2 sahəyə görə 1 (bir) ştat vahidi xadimə vəzifəsi müəyyən edilir.
Süpürülən hər 1,5 hektar həyətyanı sahəyə görə 1 (bir) ştat vahidi dalandar vəzifəsi müəyyən edilir.
Bağ və bostan da daxil olmaqla, 1,5 hektardan çox tədristəcrübə və yardımçı təsərrüfat sahəsi, meyvə və bəzək ağacı əkilmiş yaşıl meydança olduqda 1 (bir) ştat vahidi bağban vəzifəsi müəyyən edilir.
Ocaqçı və binalara, avadanlıq və qurğulara xidmət, onların cari təmiri üzrə fəhlə və sobayandıran vəzifələri istilik mövsümündə aşağıdakı kimi müəyyən edilir:
mərkəzi istilik sistemi olduqda hər bir qazanxanada növbədə 1 (bir) ocaqçı vəzifəsi;
bərk və maye yanacaqla qızdırılan qazanxananın sahəsi 75 m2 -dən çox olduqda növbədə 2 (iki) ocaqçı vəzifəsi;
qazla qızdırıldıqda növbədə 1 (bir), təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda növbədə 2 (iki) ştat vahidi ocaqçı vəzifəsi;
mərkəzləşmiş istilik sistemindən qızdırılan peşə təhsili müəssisələrində istilik məntəqəsi və ya elevator olduqda binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə 1 (bir) ştat vahidi fəhlə vəzifəsi, boyler və nasos olduqda isə növbədə 1 (bir) ştat vahidi fəhlə vəzifəsi;
soba ilə qızdırılan peşə təhsili müəssisələrində hər beş sobaya 0,5 ştat vahidi ocaqçı vəzifəsi.
Peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda, ştat cədvəlinə 3 (üç) ştat vahidi gözətçi vəzifəsi daxil edilir.
Peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir. 18. Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.
Peşə təhsili müəssisələrində məhsul istehsalı və ya satışı (xidmət göstərilməsi), qısamüddətli kursların təşkili ilə əlaqədar büdcədənkənar vəsait hesabına əlavə ştatlar müəyyən edilə bilər.
Axşam qrupları üzrə tədrisin təşkili məqsədilə büdcədənkənar vəsait hesabına əlavə ştatlar müəyyən edilə bilər.
Peşə təhsili müəssisələrində ştat cədvəli hər tədris ilinin əvvəlində qrup sayına uyğun olaraq təsdiq edilir.
Bu nümunəvi ştatlar adambaşına maliyyələşmə mexanizminin tətbiq edildiyi peşə təhsili müəssisələrinə şamil edilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.