...

Xankəndidə 7 avtomat, 3 qumbara aşkarlandı

Cəmiyyət Materials 3 Fevral 2024 10:24 (UTC +04:00)
Xankəndidə 7 avtomat, 3 qumbara aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları ötən gün Xankəndi şəhərindən xeyli odlu-silah sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti