...

Azərbaycanla Qırğızıstan arasında əlaqələrin inkişafı çox əhəmiyyətlidir - ŞƏRH

Siyasət Materials 27 Aprel 2024 14:47 (UTC +04:00)
Azərbaycanla Qırğızıstan arasında əlaqələrin inkişafı çox əhəmiyyətlidir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Qırğızıstan arasında əlaqələrin inkişafı bizim üçün çox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib

Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq açıq şəkildə elan edib ki, artıq biz Avropa inteqrasiya kursunu çox da dəstəkləmirik.

"Bizim gələcək yolumuz türk dövlətlərinə inteqrasiyadan keçir. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi münasibətlər qurulur. Qazaxıstan və Türkmənistanla enerji, nəqliyyat, logistika sahəsində əməkdaşlığımız var. Son 2 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb", - o deyib.

Ekspert qeyd edib ki, Qırğızıstanla iqtisadi-siyasi cəhətdən əlaqələr hələ ki, zəifdir.

"Biz çalışırıq ki, gələcəkdə Qırğızıstanla siyasi və iqtisadi əlaqələri yüksəldək. Bundan başqa, ölkələrimiz arasında tarixi, milli, mədəni, dini məsələlərdə bağlılıq var. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan, Qırğızıstan səfərlərində qarşılanma forması onu nümayiş etdirdi ki, ölkələr arasında münasibətlər mənəvi bağa əsaslanır. Eyni şəkildə həm Qazaxıstan, həm Özbəkistan prezidentlərinin Azərbaycana səfərlərində Qarabağda məktəb tikmələri, infrastruktura yardım etmələri xüsusilə əhəmiyyətlidir. Artıq Qırğızıstan da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-quruculuq işlərində iştirak edəcək. Qırğızıstanın belə bir addım atması bizim üçün xüsusilə əhəmiyyətlidir. Eyni zamanda Azərbaycanda Çingiz Aytmatovun abidəsi qoyuldu. Bu da milli, mədəni, ədəbi münasibətlərə öz töhfəsini verir", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti