Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında atəşkəsin əldə olunması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı İsraildən yeni təkliflər alıb.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.
HƏMAS-ın Qəzza zolağındakı siyasi qanadının sədr müavini Xəlil əl-Həyya bildirib ki, "HƏMAS" bu təklifləri nəzərsən keçirəcək və baxıldıqdan sonra cavab verəcək.
Bildirilib ki, Xəlil əl-Hayya İsrailin təkliflərində yer alan heç bir detalı qeyd etməyib.