...

Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Cəmiyyət Materials 27 Aprel 2024 08:27 (UTC +04:00)
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti