...

Arda Gülər “Real”a 3 xal qazandırıb

İdman Materials 27 Aprel 2024 03:52 (UTC +04:00)
Arda Gülər “Real”a 3 xal qazandırıb

Bakı. Trend:

Türkiyəli futbolçu Arda Gülər “Real”ın heyətində ikinci qolunu vurub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, gənc ulduz “Real Sosyedad”la oyunda vurulan yeganə topun müəllifi olub.

Madrid klubu 33-cü turda səfərdə 1:0 hesabı ilə qalib gəlib. Arda “Real”a çempionluq yarışında mühüm qələbə qazandırıb. Xalını 84-ə yüksəldən karlo Ançellotinin yetirmələri ən yaxın izləyicisini 14 xal qabaqlayır.

Qeyd edək ki, Gülər ilk qolunu “Selta”nın qapısından keçirib.

Xəbər lenti

Xəbər lenti