...

Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub

Dünya xəbərləri Materials 26 Aprel 2024 17:34 (UTC +04:00)
Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Milli Yığıncağına parlamentin spikeri Alen Simonyanın son açıqlamaları ilə bağlı Rusiya Federasiya Şurasından sorğu daxil olub.

Trend-in xəbərinə görə, bu barədə Simonyanın mətbuat katibi Nelli Qulyan yerli KİV-ə məlumat verib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan aprelin 22-də Aİ ölkələrinin parlament sədrlərinin iclasında çıxışında Rusiyanı Ermənistana qarşı "təhdid və dezinformasiya kampaniyaları" təşkil etməkdə ittiham edib və Ukraynaya müdaxilə etdiyini bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Simonyanın Rusiya əleyhinə bəyanatları ilə əlaqədar olaraq İrəvana sorğu göndərməyi tapşırıb.

"Biz bu cür rusofob çıxışları diqqətdən kənarda qoya bilmərik və ümid edirik ki, parlament öz spikerindən Ermənistanın adından bu cür passajlarla çıxış etmək haqqını ona kimin verdiyini soruşar və məsələni qiymətləndirər", - Matvienko deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti