...

Xaçmazda "Kitabsevərlər" adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2024 17:10 (UTC +04:00)
Xaçmazda "Kitabsevərlər" adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba- Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın doğum günü və “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibətilə "Kitabsevərlər" adlı tədbir keçirilib.

Zəfər Parkında təşkil olunan tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət rəsmlər və müxtəlif məzmunlu kitab sərgisi ilə tanış olublar. Sərgidə Ümummilli Liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən kitablar və rəsmlər çoxluq təşkil edib. Həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəmizi özündə əks etdirən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla izlənilib. Məktəblilər müxtəlif şeirlər səsləndirib, sərgidə nümayiş etdirilən kitablardan mütaliə ediblər.

Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən özündə müxtəlif nağıl qəhrəmanları, şair və yazıçılar haqqında təqdimatları ehtiva edən ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Vətənimizi və Şanlı Zəfərimizi tərənnüm edən mahnılar səsləndirilib.
Sonda "Yaşıl Dünya naminə həmrəylik ili" çərçivəsində Zəfər parkında ağacəkmə aksiyası təşkil olunub.

Xəbər lenti

Xəbər lenti