...

Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı qanuna cavabı acı olacaq - Medvedev

Dünya xəbərləri Materials 27 Aprel 2024 16:48 (UTC +04:00)
Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı qanuna cavabı acı olacaq - Medvedev
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı qanuna cavabı asimmetrik, lakin acı olacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin Rusiya aktivlərinin müsadirəsi haqqında qanununa münasibət bildirərkən deyib.

Bundan başqa, Medvedev qeyri-dost ölkələrdən əcnəbi şəxslərin aktivlərinin müsadirəsini nəzərdə tutan qanun qəbul etməyi təklif edib.

"Cavab yalnız assimetrik ola bilər. Səbəb aydındır - bizdə mühüm sayda ABŞ-yə məxsus dövlət əmlakı, o cümlədən pul vəsaiti, hüquqlar (red.- mülkiyyət) və digər aktivlər yoxdur", - o deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya məxsus aktivlərin Ukraynanın xeyrinə müsadirəsi haqqında qanun layihəsi qəbul edib. Qanun layihəsi bu yaxınlarda Senatda müzakirəyə çıxarılacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti