...

Türkiyə Super Liqası: “Fənərbağça” “Beşiktaş”a qalib gəlib

İdman Materials 27 Aprel 2024 22:33 (UTC +04:00)
Türkiyə Super Liqası: “Fənərbağça” “Beşiktaş”a qalib gəlib

Bakı. Trend:

Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.

Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb.

Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti