...

İqtisadiyyat və maliyyə nazirlərinə Azərbaycanı Türk İnvestisiya Fondunda təmsil etmək səlahiyyəti verilib - SƏRƏNCAM

Siyasət Materials 27 Aprel 2024 14:45 (UTC +04:00)
İqtisadiyyat və maliyyə nazirlərinə Azərbaycanı Türk İnvestisiya Fondunda təmsil etmək səlahiyyəti verilib - SƏRƏNCAM

Bakı. Trend:

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti