...

Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Dünya xəbərləri Materials 27 Aprel 2024 00:38 (UTC +04:00)
Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.

Məlumata əsasən, qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə salınan səfər hər iki tərəf üçün əlverişli olacaq tarixdə reallaşacaq.

Müşavir Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam edəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti