...

Ermənistanda keçmiş nazir müavini ev dustaqlığından azad edilib

Dünya xəbərləri Materials 27 Aprel 2024 10:10 (UTC +04:00)
Ermənistanda keçmiş nazir müavini ev dustaqlığından azad edilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda keçmiş iqtisadiyyat naziri müavini Ani İspiryan ev dustaqlığından azad edilib.

Trend xəbər verir ki, bu barədə onun vəkili Mamikon Muradyan yerli KİV-ə məlumat verib.

Keçmiş nazir müavininin ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, Ani İspiryan Ermənistanın İqtisadiyyat Nazirliyində korrupsiya işi çərçivəsində saxlanılmışdı. Keçmiş nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham olunurdu.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti