...

"Dərinsulu Günəşli" hasilat platforması planlı profilaktika üçün dayandırılıb - bp

Energetika Materials 26 Aprel 2024 16:11 (UTC +04:00)
"Dərinsulu Günəşli" hasilat platforması planlı profilaktika üçün dayandırılıb - bp
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq "Dərinsulu Günəşli" platformasında planlı profilaktik işlər barədə məlumat verib.

Trend bu barədə bp şirkətinə istinadən xəbər verir.

"Aprelin 25-dən başlayaraq planlı profilaktik işləri səmərəli şəkildə aparmaq üçün "Dərinsulu Günəşli" yatağından hasilat 15 günlüyə dayandırılıb", - deyə bp şirkətindən bildiriblər.

Klapanların, radioizotop mənbələrin dəyişməsi və digər təmir işləri nəzərdə tutulur.

"Platformanın müvəqqəti dayandırılması bp-nin 2024-cü il üzrə istehsalat planına daxildir", - deyə press-relizdə qeyd olunub.

AÇG-nin digər platformalarından, eləcə də Səngəçal terminalında "Şahdəniz" yatağındakı platformalardan hasilat, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları ştat rejimində davam edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti