...

Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu

İdman Materials 26 Aprel 2024 20:21 (UTC +04:00)
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu

Bakı. Trend:

Cüdo üzrə Avropa çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxıb.

Onlardan üçqat Avropa çempionu Hidayət Heydərovu növbəti dəfə Avropa çempionatının qalibi olub.

Kişilər
73 kq

Hidayət Heydərov ikinci mərhələdən tatamiyə çıxıb. O, İndrit Kalhacla (Albaniya) qarşılaşıb və qələbə qazanıb. Üçqat Avropa çempionumuz 1/8 finalda portuqaliyalı Otari Kvantidzeni də məğlub edib. Cüdoçumuz üçüncü qarşılaşmasında komanda yoldaşına qalib gələn Ruslan Qoluvaçovla (AİN) münasibətinə aydınlıq gətirib və revanşla yarımfinala vəsiqə qazanıb. Heydərov bu mərhələdə Adil Osmanovdan (Moldova) da üstün olub. Hidayət 4-cü çempionluq uğrunda Danil Lavrentyevlə gücünü yoxlayıb. Gərgin keçən görüşdə qalib əlavə vaxtda bəlli olub. Danilin 3-cü cərimə xalını alması Hidayətin çempionluğu ilə nəticələnib.

İlk mərhələdən azad olan Rəşid Məmmədəliyev Coşua Qrini (İrlandiya) mübarizədən kənarlaşdırıb. O, növbəti görüşündə Ruslan Qoluvaçova (AİN) uduzub.

81 kq

Zelim Tçkayev startda Maksim Triquba (İrlandiya) məğlub olaraq çempionatla erkən vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündən sonra millimizin hesabında bir medal var. Balabəy Ağayev 60 kq çəkidə gümüş qazanıb.

Xəbər lenti

Xəbər lenti