Bakı. Trend:
Türkiyənin Edirne şəhərində 38 qeyri-leqal miqrant saxlanılıb.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, saxlanılan şəxslərin ölkəyə qanunsuz yollarla girdiyi müəyyən edilib.
Suriya, Əfqanıstan və Pakistan vətəndaşları olan miqrantlar Edirnə Miqrasiya Xidmətinə təhvil verilib.