Bakı. Trend:
Moskvada Vnukovo hava limanının inzibati binasının bir mərtəbəsi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.
Trend xəbər verir ki, bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, inzibati binanın yeddinci mərtəbəsi təxliyə olunub.
"Partlayış təhdidi ilə əlaqədar yoxlama aparılır. Bina partlayıcı maddələrin mövcudluğuna görə yoxlanılır", - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.
Yoxlamanın hava limanının fəaliyyətinə təsir göstərmədiyi qeyd olunub.