...

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 Aprel 2024 21:46 (UTC +04:00)
İndoneziya sahillərində güclü zəlzələ baş verib

Bakı. Trend:

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti