...

İİB Tacikistan və Türkiyə üçün yeni layihələri təsdiqləyib

İqtisadiyyat Materials 27 Aprel 2024 20:49 (UTC +04:00)
İİB Tacikistan və Türkiyə üçün yeni layihələri təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

İslam İnkişaf Bankı (İİB) üzv ölkələrdə yeni inkişaf layihələrinin maliyyələşdirilməsi üçün təqribən 418 milyon dolları təsdiqləyib.

Trend xəbər verir ki, İİB prezidenti Məhəmməd Əl-Casserin sədrlik etdiyi şura sosial-iqtisadi inkişaf və davamlılıq üzrə 355-ci iclasında dörd layihəni təsdiqləyib.

Görüş Ər-Riyadda İİB qrupunun illik toplantılarının ilk günündə baş tutub.

Tacikistan Roqun Su Elektrik Stansiyasının tikintisi üçün, yəni layihənin dördüncü lotu - sol sahil strukturları üçün 150 milyon dollar alıb. Layihənin məqsədi ölkənin artan daxili tələbatını ödəmək, enerji təhlükəsizliyini yaxşılaşdırmaq və regional enerji bazarı vasitəsilə kommersiyalaşdırmaq üçün təmiz, sərfəli və etibarlı bərpa olunan elektrik enerjisi ilə təmin etməkdir.

Şura Türkiyədə Nakkas-Başakşehir avtomobil yolunun tikintisi üçün 120 milyon avro ayrılmasını da təsdiqləyib.

Layihə hökumətin Şimali Mərmərə şossesi təşəbbüsünün bir hissəsidir. Əsas layihə nəqliyyat sıxlığını, səyahət vaxtını və istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, Bosfor boğazının alternativ keçidini yaratmaq məqsədi daşıyır.

Bundan əlavə, Benin və Kot-d'İvuar da İİB-in bu maliyyələşdirməsini alanlar sırasındadır.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti