Bakı. Trend:
Belçika 2024-cü ilin sonuna qədər Ukraynaya F-16 qırıcı təyyarələri, hava hücumundan müdafiə sistemləri və raketləri tədarük edəcək.
Trend xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr De Kro Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
O tədarük edilən təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin dəqiq sayını açıqlamayıb.
Belçikanın müdafiə naziri Ludivin Dedonder tədarüklərin ölkəsinin öz müdafiəsinə zərbə vurmamaq üçün ABŞ-dan yeni F-35 təyyarələrinin alınması imkanları nəzərə alınmaqla həyata keçiriləcəyini açıqladı.