...

Avstraliya Ukraynaya daha 100 milyon dollar məbləğində yardım göstərəcək

Dünya xəbərləri Materials 27 Aprel 2024 19:02 (UTC +04:00)
Avstraliya Ukraynaya daha 100 milyon dollar məbləğində yardım göstərəcək

Bakı. Trend:

Avstraliya Ukraynaya ümumi məbləği 100 milyon dollar olan daha bir yardım paketi təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə Avstraliya müdafiə naziri, ölkənin baş nazirinin müavini Riçard Marlz Lvovda Ukraynanın baş naziri Denis Şmıqalla birgə mətbuat konfransı zamanı bildirib.

"Bu gün biz Ukraynaya 100 milyon dollarlıq yeni yardım paketini elan edirik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bunun 50 milyon dolları qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə, qalanı isə müxtəlif mallara - şişmə qayıqlardan tutmuş dəbilqə və çəkmələrə qədər xərclənəcək.

R.Marlz vurğuladı ki, Avstraliya Kiyevə yardım göstərməyə davam etməkdə qərarlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti