...

İtaliya millisinin sabiq baş məşqçisi “Napoli”ylə razılığa gəlib

İdman Materials 27 Aprel 2024 09:19 (UTC +04:00)
İtaliya millisinin sabiq baş məşqçisi “Napoli”ylə razılığa gəlib

Bakı. Trend:

İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte “Napoli”ni çalışdırmağa razılıq verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis 3 illik müqaviləni razılaşdırıb.

Konte ildə 6,5 milyon avro maaş alacaq. O, klubun transfer siyasəti ilə də barışıb. Neapollular məhdud sayda yeni oyunçu alacaq.

Qeyd edək ki, Kontenin son iş yeri 2021-23-cü illərdə rəhbərlik etdiyi “Tottenhem” olub.

Xəbər lenti

Xəbər lenti