...

İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətini azad etməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 27 Aprel 2024 09:55 (UTC +04:00)
İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətini azad etməyə hazır olduğunu bildirib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətinin azad edilməsini həmin heyətin tabe olduğu ölkələrin səfirlik və konsulluqlarına elan edib.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian portuqaliyalı həmkarı Paulo Rangellə telefon söhbətində deyib.

İranlı nazir qeyd edib ki, humanizm prinsipi olaraq ekipaj heyətinin azad edilməsi bizim diqqət mərkəzimizdədir.

Əmir Abdullahian bildirib ki, İran Portuqaliya ilə ikitərəfli və uzun keçmişə malik əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Qeyd edək ki, 13 apreldə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Fars körfəzində Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı konteyner daşıyan gəmini ələ keçirib. Portuqaliya bayrağı altında üzən gəminin israilli investor Eyal Oferə məxsus Zodiac şirkəti tərəfindən idarə olunduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti