...

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Cəmiyyət Materials 27 Aprel 2024 04:35 (UTC +04:00)
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 minə yaxın tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 3600-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.

Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.

Agentliyin mütəxəssisləri 79 şəxsi isə sosial-hüquqi xidmətlərlə təmin edib.

Xəbər lenti

Xəbər lenti